“Rabitəbank” ASC-nin departamentlərindən birinə yeni direktor təyin edilib.
Bu barədə məlumat Banker.az-a Banka yaxın mənbə bildirirb.
Məlumata görə, 2008-ci ildən bankın sıralarına qatılan Fəxri Bağıyev Rabitəbank-ın Mikro ve Riteyl Kreditleri Departamentin Direktoru təyin edilib. O, Bankın filial direktoru kimi çalışmış, 2017-ci ildən isə təyin olunduğu departamentdə direktor müavini kimi çalışırdı.
Qeyd edək ki, F. Bağıyev 2017-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) MBA-ni bitirib.