5 C
Baku
Wednesday, February 21, 2024

Radiotezlik zolaqlarının məhdudlaşdırılmasına görə istifadəçilərə kompensasiya ödənilməsi qaydası təsdiqlənəcək

Tədbirlər zamanı radiotezlik zolaqlarının məhdudlaşdırılmasına görə istifadəçilərə kompensasiyanın ödənilməsi qaydası təsdiqlənəcək. Nazirlər Kabineti üç ay müddətində beynəlxalq və ölkə səviyyəli tədbirlərin, o cümlədən idman yarışlarının keçirildiyi müddətdə radiotezlik zolaqlarından istifadə hüququnun məhdudlaşdırıldığı zaman radiotezlik istifadəçilərinə kompensasiyanın ödənilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edəcək.

Banker.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun tətbiqi barədə fərmanında əksini tapıb.

Nazirlər Kabineti 3 ay müddətində radiotezliklərdən istifadəyə dair müqavilənin nümunəvi formasını da təsdiqləməli və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

 

Son xəbərlər
Digər xəbərlər