Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi Azərbaycandadır.
Bu barədə AEBA rəsmisi “Twitter” hesabında bildirib.
“COVID-19″-a cavab olaraq Qoşulmama Hərəkatının Azərbaycanda keçirilən sammitindəyəm. Mən Qoşulmama Hərəkatının liderləri ilə təcili yardım əməliyyatımızı müzakirə etmişəm. AEBA pandemiyanın fəal olduğu dövrdə və ondan sonra, xüsusən də Qoşulmama Hərəkatı ölkələrinə vaxtında dəstək verdi”, Qrossi bildirib.