Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) İdarə Heyəti Rafael Qrossini yenidən təşkilatın Baş direktoru təyin edib.
Bu barədə məlumatı Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov öz tviter hesabında açıqlayıb.
İkinci dəfə bu vəzifəyə təyin olunan 62 yaşlı Qrossinin yeni mandatının müddəti 2027-ci il dekabrın 2-si başa çatacaq.
O, bu vəzifəyə ilk dəfə 2019-cu ilin dekabrında təyin olunub.