7 C
Baku
Cümə axşamı, Dekabr 2, 2021

Rafiq Bayramovun cəzası 4 il 6 aya endirildi

Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb.

Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, sabiq nazir müavininin həbs müddəti 4 il 6 aya endirilib.

Rafiq Bayramovun müdafiəçisi onun barəsində bəraət hökmü verilməsinə dair apellyasiya şikayəti verib. Məhkəmə apellyasiya şikayətini təmin etməsə də, yüngülləşdirici halları nəzərə alaraq R.Bayramovun cəza müddətinin azaldılması barədə qərar çıxarıb.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan R.Bayramov 1,8 milyon manat rüşvət almaqda ittiham edilir. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Son xəbərlər
Oxşar xəbərlər
X