Azərbaycanda 2018-ci ildən karqo fəaliyyətinə başlayan “Starex” MMC-nin yeni baş icraçı direktoru (CEO) təyin edilib.
Banker.az xəbər verir ki, yeni CEO Azərbaycanın Milli Marketinq Forumundan tanıdığımız Rafiq Hunaltaydır (yaxud rəsmi olaraq Rafiq Vəliyev) . R.Hunaltay 2021-ci ildən etibarən bu posta gətirilib.
R.Hunaltay 2018-ci ilin avqustundan bir-birinə yaxın şirkətlər olan “Modern” və “Az-Granata”da çalışırdı. 2020-ci ilin yayında isə bu şirkətləri tərk etdiyini öz sosial profilində yazmışdı. Onun “Az-Granata”dakı sonuncu vəzifəsi isə İdarə Heyəti üzvi idi. Buna qədər isə “Gilan Holding” və “İdeal P&C”də çalışmışdır.
Yeni rəhbərlik edəcəyi daşıma xidmətlərini həyata keçirən “Starex” 2018-ci ilin oktyabrında dövlət qeydiyyatına alınıb. Karqo şirkət hazırda Türkiyə və ABŞ-dan sifariş verilən məhsulların daşınması ilə məşğuldur.