Azərbaycan Preymer Liqasının qalibi “Qarabağ” FK-nın İdarə Heyətinə yeni üzv seçilib.
Banker.az-ın əldə etdiyi məlumata görə, Rafiq Şahverdiyev “Qarabağ” FK-nin İdarə Heyətinin üzvü təyin edilib.
Hazırda Ağdam şəhərini təmsil edən klubun prezidenti Tahir Gozal, İdarə Heyətinin digər üzvü Fevizhan Aras, klubun direktoru/qanuni təmsilçisi Emirhan Çelikel-dir.
Rafiq Şahverdiyev “Azərsun Holdinq”də aparat rəhbəri, və holdinqə daxil olan Azərbaycan Sənaye Sığorta Şirkətində Direktorlar Şurasının sədridir.