33 C
Baku
Wednesday, July 17, 2024

“Rahat” marketdə nöqsanlar aşkarlandı – Foto

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsi, ev 205 B ünvanında fəaliyyət göstərən və “ANC Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan “Rahat” marketdə planlı yoxlama aparılıb.

Bu barədə AQTA-dan məlumat verilib. Bildirilib ki, yoxlama zamanı ticarət obyektində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulması faktları müəyyən edilib. Belə ki, marketdə satışı həyata keçirilən bəzi məhsulların etiketlənməsinin dəqiq həyata keçirilmədiyi və çirklənmədən mühafizə olunmadığı, eləcə də yararlılıq müddəti bitmiş malların olduğu aşkarlanıb. Həmçinin ticarət obyektinin anbarının quruluşunun və yerləşmə vəziyyətinin qabaqcıl gigiyena təcrübəsinin tətbiqinə imkan vermədiyi, təmiz saxlanmadığı, rütubətli olduğu, yoxlamadan keçmiş ölçmə vasitələri ilə təmin edilmədiyi aşkar olunub. Anbarda məhsulların qaydalara uyğun saxlanmadığı və işıqlandırma lampalarının qoruyucu örtüklərlə təchiz edilmədiyi də məlum olub. Eyni zamanda, marketdə qida ilə təmasda olan səthlərin üzlənməsində hamar, yuyula bilən, korroziyaya davamlı və qeyri-toksik materiallardan istifadə edilmədiyi, işçilər üçün soyunma-geyinmə otağının dolablarla və sanitar-məişət avadanlıqları ilə təchiz olunmadığı, təmizlik alətlərinin, yuyucu maddələrin və dezinfeksiyaedici vasitələrin qida məhsullarının olduğu yerlərdə saxlandığı aşkarlanıb.

Aşkar edilmiş nöqsanlarla əlaqədar protokol tərtib olunub, bəzi məhsulların satışı qadağan edilib və ticarət obyektinin anbarının fəaliyyəti məhdudlaşdırılıb.

64ba6f474538964ba6f474538a168993978364ba6f474538764ba6f4745388 64ba6f474870b64ba6f474870c168993978364ba6f474870964ba6f474870a 64ba6f474b74a64ba6f474b74b168993978364ba6f474b74864ba6f474b749

Son xəbərlər
Digər xəbərlər