14 C
Baku
Monday, May 6, 2024

Rahat yuxu üçün nə etməli?

Sakitləşmək və tez yuxuya getmək üçün şam yeməyində qızardılmış kartof yaxud qaynadılmış düyü yemək məsləhət görülür.

Südün tərkibində amin turşusu və kalsium olduğundan bu yuxu gətirici təsirə malikdir. Bu səbəbdən də axşam saatlarında süd qəbul etmək tez yuxuya getməyinizə kömək edəcək.

Yatmazdan öncə yarım banan yaxud kivi də həmçinin bərk yuxuya zəmanət verir. Lakin tək meyvələr deyil, içkilər də yuxu gətirici təsirə malikdir.

Çoban yastığı dəmləməsinə qatılmış bal yuxuya getməyə mane olan fikirləri beyindən uzaqlaşdıracaq.

Gündəlik rasiona yemişan cövhərini əlavə edib qidadan öncə qəbul etmək olar. Giləmeyvənin özünü isə çaya da əlavə etmək olar.

Nanəli çay rahat yuxu gətirməklə yanaşı, orqanizmə ağrıkəsici təsir də göstərir. Onun tərkibinə daxil olan üzvi turşular ümumi əhvalı yaxşılaşdırır.

Kərəviz cövhərindən mütəmadi olaraq istifadə etməklə yuxusuzluq problemini həll etmək mümkündür. Bütün həyəcanları unutmaq üçün rahatlaşmaq lazımdır və bunun üçün xüsusi vannalar qəbul etmək böyük köməklik göstərir.

Həftədə 3 dəfə bal vannası qəbul etmək məsləhət görülür (qaynar suda 60 qram balı həll etmək tələb olunur).

Yuxudan öncə vanna qəbul edib tərkibinə şam ağacından hazırlanmış ekstrakt əlavə edilsə, bu insana dərin yuxu qazandıracaq.

Lavanda yağının bir neçə damcısı bütün həyəcanları unutmağa kömək edəcək.

Vannaya əlavə edilmiş damotu, valerian və çobanyastığı cövhəri sağlam və davamlı yuxu ilə təmin edəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər