Raja-Ampat cənnət adaları

Yeni Qvineyanın şimal-qərb adaları Raja-Ampat arxipelaqında yerləşir. Adaların adı yerli dildən tərcümədə “4 kral” mənasını verir. Arxipelaqda yerləşən adaların ümumi sayı 1500-dən artıqdır.

«Conservation International» təşkilatının məlumatına görə, Raja-Ampat rayonunda su mühiti  ən müxtəlif canlı orqanizmlərlə zəngin ərazilərdən biridir. Adaların adlarına gəldikdə isə, ad təsadüfən seçilməyib. Məsələ ondadır ki, arxipelaqın 4 əsas adası var və məhz bu adaları 4 kral adlandırırlar. Arxipelaq mərcan rifinin tam mərkəzində yerləşir və burada olan bio müxtəliflik planetin başqa bir yerində yoxdur. Bir çoxları buranı dalğıclar üçün ideal məkan adlandırırlar.

1399401587_2b 1399401589_3 1399401594_4 1399401595_2 1399401596_7 1399401600_1a 1399401601_8 1399401606_1 1399401611_2a 1399401613_8a 1399401614_9 1399401618_1b 1399401628_6 1399401649_11 1399401659_5 1399401661_10