26 C
Baku
Saturday, July 27, 2024

Ramana, Şağan və Şüvəlan qəsəbələrinin su təchizatı 20 milyon manata baş gələcək

“Azərsu” ASC “Arko Təmir Tikinti Şirkəti” MMC və “Bakımexanizasiyanəqliyyat” ASC və “Mühəndis Tikinti Layihə” MMC birgə müəssisəsi ilə 20 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, “Arko Təmir Tikinti Şirkəti” MMC ilə olan müqavilədə Ramana qəsəbəsinin bir hissəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinin satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri isə 8 202 558 manatdır.

“Bakımexanizasiyanəqliyyat” ASC və “Mühəndis Tikinti Layihə” MMC birgə müəssisəsi ilə olan müqavilədə Şağan və Şüvəlan qəsəbələrinin bir hissəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin satın alınması nəzərdə tutulur. Müqavilənin məbləği 12 044 124 manatdır.

 

Son xəbərlər
Digər xəbərlər