19 C
Baku
Friday, November 7, 2025

Rami Malek ən yaxşı aktyor kimi “Oskar” mükafatı aldı

Aktyor Rami Malek “Bohem Rapsodiyası” filmində oynadığı Freddi Merkyuri roluna görə ən yaxşı aktyor kimi “Oskar” mükafatına laiq görülüb.

Amerika Kinematoqrafiya İncəsənəti və Elmləri Akademiyasının ən məşhur və nüfuzlu mükafatının 91-ci təqdimetmə mərasimi Los-Anceles şəhərində “Dolby” teatrında keçirilir.

Aktyor mərasimdə nitqi zamanı ailəsinə, çəkiliş qrupuna və “Queen” qrupuna minnətdarlığını bildirib.

“Ən yaxşı aktyor” nominasiyasına həmçinin Bredli Kuper, Kristian Beyl, Viqqo Mortensen, Uillem Defom da təqdim olunmuşdular.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər