10 C
Baku
Thursday, December 12, 2024

Ramil Usubov vəzifəsindən azad edildi – sərəncam

Ramil Usubovun Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti sərəncam imzalayıb.

“Ramil İdris oğlu Usubov Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilsin” -deyə sərəncamda qeyd edilir.

Xatırladaq ki, R.Usubov 1994-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyevin imzaladığı Sərəncam ilə daxili işlər naziri vəzifəsinə təyin edilmişdi.

Digər sərəncamla Ramil Usubov Azərbaycan Respublikasının Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi təyin edilib.

 

Son xəbərlər
Digər xəbərlər