11 C
Baku
Sunday, November 17, 2024

Ramin Musayev istefa verdi

Ramin Musayev Peşəkar Futbol Liqasının prezidenti vəzifəsindən istefa verib.

O, yaxın ətrafına səhhəti ilə əlaqədar vəzifəsini tərk etdiyini açıqlayıb. Bununla əlaqədar, o, bu gün Premyer Liqada yarışan klub nümayəndələri ilə görüşür. Yaxın saatlarda bununla bağlı rəsmi açıqlama veriləcəyi gözlənilir.

Qeyd edək ki, Ramin Musayev 2008-ci ildən PFL-in prezidenti vəzifəsində çalışırdı.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər