26 C
Baku
Saturday, July 27, 2024

Ramin Musayevin vəzifəsinə o təyin olundu

Peşəkar Futbol Liqasının yeni rəhbəri bəlli olub.

Bunu qurumun mətbuat xidməti açıqlayıb.

Bu gün AFFA-nın inzibati binasında Peşəkar Futbol Liqasının konfransı keçirilib.
Konfransda PFL prezidenti Ramin Musayev, AFFA-nın baş katibi Sərxan Hacıyev və elitanın 9 klubunun nümayəndələri iştirak ediblər. Avrokubok oyunlarına görə səfərdə olduqlarından “Zirə” klubunun nümayəndəsi iclasda olmayıb. Konfransda PFL prezidenti Ramin Musayevin səhhəti ilə əlaqədar vəzifəsindən ayrılması məsələsinə baxılıb və qəbul edilib.

Daha sonra PFL prezidenti vəzifəsinə yeni seçkilər keçirilib. Elxan Səmədov yekdilliklə növbəti müddətə Peşəkar Futbol Liqasının prezidenti seçilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər