23 C
Baku
Friday, April 19, 2024

Ramin Quluzadə gözlənilən kəskin hava şəraiti ilə əlaqədar qərargah yaratdı

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 16-18 yanvar tarixıərinə proqnozlaşdırılan hava şəraiti ilə əlaqədar tabeliyindəki qurumların rəhbərləri ilə görüş keçirib.

Nazirlikdən “Report”a verilən məlumata görə, nazirin rəhbərliyi ilə operativ qərargah yaradılıb.

Əhalinin nəqliyyat, telekommunikasiya, poçt, o cümlədən internet, mobil rabitə xidmətləri, radio-televiziya yayımı ilə fasiləsiz şəkildə təmin edilməsinə dair müəssisə rəhbərlərinə tapşırıqlar verilib.

Nəqliyyat və rabitə obyektlərinin mühafizəsinin və yanğın təhlükəsizliyinin, eləcə də açıq havada işləyən işçilərin təhlükəsizliyinin təmin edilməsi üzrə müvafiq tədbirlər görülməsi barədə göstəriş verilib.

Qəza xidmət briqadaları hazırlıq vəziyyətinə gətirilib və növbətçi hissələr təşkil edilib.

Son xəbərlər
Digər xəbərlər