24 C
Baku
Thursday, April 18, 2024

Ramiz Mehdiyevə yeni vəzifə verilib

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncam imzalayıb.

“Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”nə “Azərbaycan Respublikasının daxili işlər naziri;” sözlərindən sonra “Ramiz Ənvər oğlu Mehdiyev;” sözləri əlavə edilsin”, deyə sərəncamda deyilir.

Yəni, vəzifəsindən azad edilmiş sabiq Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyev bu şuranın üzvü seçilib.

Qeyd edək ki, sabiq daxili işlər naziri general-polkovnik Ramil Usubov da bu şuranın üzvüdür.

Son xəbərlər
Digər xəbərlər