21 C
Baku
Sunday, October 19, 2025

Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarılacaq

Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvlüyü məsələsinə baxılacaq.

Bu barədə jurnalistlərə açıqlamasında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib.

Onun sözlərinə görə, məsələ məhkəmə qərarından sonra müzakirə olunacaq.

Qeyd edək ki, Ramiz Mehdiyev akademik tituluna sahibdir. O, 2007-ci ildə AMEA-nın həqiqi üzvü seçilib.
Akademik adı Azərbaycan Respublikasında Milli Elmlər Akademiyasının həqiqi üzvlərinə verilir.

Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib, barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

DTX-nın Baş İstintaq İdarəsində Mehdiyevə qarşı dövlətə xəyanət (CM-nin 274-cü maddəsi), hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama (278-ci maddə), cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması (193-1-ci maddə) ittihamları irəli sürülüb.

MənbəMODERN.AZ
Son xəbərlər
Digər xəbərlər