“Ramma” QSC Müdafiə Nazirliyini məhkəməyə verib.
Banker.az-ın məlumatına görə, işin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – Sair öhdəliklər üzrə mübahisələrdir.
İddia hakim Emin Əliyevin sədrliyi ilə araşdırılacaq. İşə Bakı Kommersiya Məhkəməsində baxılır.
Qeyd edək ki, “RAMMA” QSC 2010-ci ilin dekabr ayında təsis edilmişdir. Təsis olunduğu tarixdən etibarən “RAMMA” QSC Azərbaycan Respublikasında Korea, Rusiya və bir çox dünya ölkələrinin ağır texnika və avadanlıqların istehsalçıları ilə əməkdaşlıq edir.
Rəsmi distributoru olduğu dünyaca məşhur brendlərin istehsalçısı kimi tanınan Rostselmash,Klever,Shantui və Solis şirkətlərinin istehsalı olan texnika və avadanlıqların ölkəyə idxal olunaraq satışını həyata keçirir.