10 C
Baku
Thursday, December 12, 2024

Rasim Əkbərovun “Konstromat” şirkəti 196 min manatlıq səhm buraxır

“Konstromat” Açıq Səhmdar Cəmiyyəti hər birinin nominal dəyəri 10 manat olan 19 600 ədəd adi, adlı, sənədsiz səhmlər buraxır.

Banker.az xəbər verir ki, bu barədə şirkətin emissiya prospektində bildirilib.

Beləliklə, səhm paketi tam şəkildə yerləşdirilərsə, şirkətin nizamnamə kapitalı 200 min manata yüksələcək.

Qeyd edək ki, şirkətin əsas fəaliyyəti tikinti materialları üzrə distribütor fəaliyyətinin həyata keçirilməsidir.

“Konstromat” ASC Norm sement zavodunun istehsal etdiyi, Klass A ( 400 marka) və Klass B (300 marka) kisə bağlamada olan sement məhsullarının distributor olduğu ölkənin şəhər və rayonlarında yerləşən pərakəndə ticarət mərkəzlərinə və tikinti şirkətlərinə satışını həyata keçirir.

“Konstromat” ASC-nin 4000 manat nizamnamə kapitalı var və onun səhmlərinin 100 faizi Rasim Əkbərov Naib oğluna məxsusdur. Şirkətə 2022-ci ilin sonundan Tural Məlikov Yasin oğlu rəhbərlik edir.

Qeyd edək ki, şirkət 2023-cü ilin ilk yarısında 2.16 mln. xalis mənfəət əldə edib.

 

Son xəbərlər
Digər xəbərlər