12 C
Baku
Monday, November 18, 2024

Rasim Quliyev məhkəmədən bəraət istəyir

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq aparat rəhbəri Rasim Quliyev kassasiya şikayəti verib.

Sabiq aparat rəhbəri yüksək instansiya məhkəməsindən barəsində bəraət qərarı çıxarılmasını istəyir.

Şikayət ərizəsi baxılması üçün Ali Məhkəməyə göndərilib.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin sabiq aparat rəhbəri Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasim Quliyev 3 il müddətinə azadlıqdan məhrum olunub.

Bakı Apellyasiya Məhkəməsi isə Rasim Quliyevin cəzasını şərti cəza ilə əvəzləyərək azadlğa buraxılmasına qərar verib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər