23 C
Baku
Monday, July 15, 2024

Rayon icra hakimiyyəti başçısına müavin təyin edilib

Yardımlı Rayon İcra Hakimiyyyəti başçısına yeni müavin təyin edilib.

Banker.az xəbər verir ki, RİH başçısı Ayaz Əsgərovun əmrinə əsasən Miramil Mirsəmid oğlu Səmədli başçısının müavini təyin edilib.

O, həmçinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışacaq.

Qeyd edək ki, buna qədər bu vəzifə vakant idi.

Miramil Səmədli RİH-in Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsində böyük məsləhətçi idi.

Son xəbərlər
Digər xəbərlər