Bakıdan bölgələrə taksi fəaliyyəti ilə məşğul olan sürücülər üçün Bakı Beynəlxalq Avtovağzalında (BBAK) pulsuz dayanacaq yaradılıb.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib. O bildirib ki, paytaxtın 20 Yanvar dairəsi, “Şamaxinka” adlanan ərazi, 3-cü mikrorayon dairəsi və avtovağzalın ətrafında fəaliyyət göstərən və pərakəndə şəkildə rayonlara sərnişin daşıyan minik taksilər üçün BBAK-da ödənişsiz duracaq yeri təşkil edilib:
“Taksi fəaliyyəti ilə məşğul olan daşıyıcıların vahid mərkəzə cəlb edilməsi, vətəndaş məmnunluğu və təhlükəsizliyi, müxtəlif ərazilərdə tıxacların azaldılması üçün sürücü və sərnişinlərin belə duracaqlarından istifadəsi zəruridir”.