12 C
Baku
Sunday, October 27, 2024

Rayonlar üzrə 1 nəfərə düşən aylıq sosial yardımın məbləği nə qədərdir? – SİYAHI

Bu ilin iyul ayının 1-nə olan məlumata görə, Azərbaycanda ünvanlı sosial yardım alan ailə üzvlərinin sayı 351 min 787 nəfərdir.

Banker.az açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, Respublika üzrə 1 nəfərə düşən aylıq ünvanlı dövlət sosial yardımın məbləği 54 manat 12 qəpikdir.

Rayonlar üzrə 1 nəfərə düşən ən çox sosial yardım məbləği Cəlilabaddadır. Bu rayonda aylıq ünvanlı dövlət sosial yardımın məbləği 59 manat 8 qəpik təşkil edir. Cəlilabaddan sonra ən yüksək orta aylıq dövlət sosial yardımı Tovuz rayonunda  verilib. Bu rayonda orta aylıq ünvanlı dövlət sosial yardımın məbləği 58 manat 17 qəpik olub. Tovuz rayonundan sonra ən yüksək sosial yardımın verildiyi şəhər və rayonlar arasında Masallı rayonu (57.56 manat), Biləsuvar rayonu (57.17 manat), Ağcabədi rayonu (56.74 manat), Xaçmaz rayonu (56.6 manat), Qobustan rayonu (56.1 manat), Oğuz rayonu (56.05 manat) ilk sırada yer alıblar.

Sosial yardım alanlara verilən ən aşağı məbləğ İmişli, Ağdam, Samux rayonu, Cəbrail rayonu və Xankəndi şəhərində qeydə alınıb.

67

Son xəbərlər
Digər xəbərlər