7 C
Baku
Saturday, April 13, 2024

Rayonlar üzrə aylıq sosial yardımın məbləği – 1-ci yerdə Biləsuvardır (Siyahı)

Bu ilin oktyabr ayının 1-nə olan məlumata görə, Azərbaycanda ünvanlı sosial yardım alan ailə üzvlərinin sayı 316 min 548 nəfərdir.

Banker.az açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, Respublika üzrə 1 nəfərə düşən aylıq ünvanlı dövlət sosial yardımın məbləği 55 manat 97 qəpikdir.

Rayonlar üzrə 1 nəfərə düşən ən çox sosial yardım məbləği Biləsuvardadır. Bu rayonda aylıq ünvanlı dövlət sosial yardımın məbləği 59 manat 83 qəpik təşkil edir. Biləsuvardan sonra ən yüksək orta aylıq dövlət sosial yardımı Cəlilabad rayonunda  verilib. Bu rayonda orta aylıq ünvanlı dövlət sosial yardımın məbləği 59 manat 49 qəpik olub.

Cəlilabad rayonundan sonra ən yüksək sosial yardımın verildiyi şəhər və rayonlar arasında Tovuz rayonu (59.13 manat), Oğuz rayonu (58.81 manat), Ağcabədi rayonu (58.74 manat), Zaqatala rayonu (58.69 manat), Masallı rayonu (58.59 manat), Qobustan rayonu (58.51 manat) ilk sırada yer alıblar.

Sosial yardım alanlara verilən ən aşağı məbləğ İmişli rayonu, Xankəndi şəhəri və Naxçıvan Muxtar Respublikasında qeydə alınıb.

sosil yardm

Son xəbərlər
Digər xəbərlər