15 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

Rayonlarda istixanalar pomidorları yığır – Qiymət minimuma düşüb

Screen Shot 2021 09 02 at 14.34.20

İmişli rayonundakı istixanalarda pomidor yığımı davam edir. Koronavirus pandemiyasının yayıldığı bir dövrdə əhalini kənd təsərrüfatı məhsulları ilə təmin etmək üçün fermerlər iş başındadırlar.

Aylardır çəkilən əziyyət hədər getməyib, istixanalarda bol məhsul yetişib. Rayondakı istixanalardan birində aqronom köməkçisi işləyən Samir Adıyev bildirir ki, təsərrüfatda əsasən “maxitos” sortundan olan pomidor şitilləri əkilib. Bu sort digərlərindən daha məhsuldardır: “Maxitos”un şitilləri noyabrda əkilir, dörd aydan sonra məhsul verir. Hər koldan mövsüm boyu 8-9 kiloqram məhsul götürmək olur. Yaxşı qulluq göstərilərsə, hətta bir pomidorun çəkisi 500 qrama da çatır”.

Yığım aparılan istixana 34 sot ərazidə salınıb. Burada 10 min şitil əkilib. Fevral ayında yığıma başlanılıb və indiyədək 1 ton 600 kiloqram məhsul tədarük edilib. Hazırda kollarda üçüncü dərim aparılır. Hələ iki ay ərzində də məhsul yığılacaq.

Havaların isti keçməsi pomidorun daha tez yetişməsinə imkan verdiyi üçün 3-4 gündən bir məhsul toplanılır. İstixanada yetişdirilən məhsul əsasən daxili bazar üçün nəzərdə tutulub.

Alıcılar da məhsulun keyfiyyətindən və bol olmasından razıdırlar. Onlardan biri də Tural Fərzəliyevdir. O, pomidoru elə yerində alaraq bazarlara daşıyır. Deyir ki, karantin dövründə bazara məhsul apararkən hər hansı problemlə qarşılaşmır. Hazırda istixanalarda da qiymətlər münasibdir. Məhsullun bir kiloqramı 1 manata təklif edilir.

pomidor2pomidor©Azərtac

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər