13 C
Baku
Friday, November 22, 2024

Rayonlarda kartofun qiyməti ucuzlaşıb

Bazarlarda kartofun qiymətində ucuzlaşma müşahidə olunur.

Banker.az “Xezerxeber.az”a istinadən xəbər verir ki, hazırda Tovuzda kartofun kiloqramının qiyməti 30 qəpikdən tutmuş iki manata qədər dəyişir. Satıcılar ümumiyyətlə fəsillə əlaqədar kartofa tələbatın azaldığını bildirirlər.

Cəlilabadlı fermerlər də məhsuldarlığın az olduğunu deyərək qiymətlərdən narazı olduğunu  bildirirlər.

Təsərrüfatçılar birinci mərhələdə istixana şəraitində becərdikləri kartofun yığımına başlayıblar. Fermerlər deyirlər ki, builki mövsüm əlverişli keçsə də, məhsuldarlıq çox aşağıdır.

Təsərrüfat sahibləri deyirlər ki, bir neçə ildir toxumluq kartofun və mineral gübrələrin qiymətində kəskin artım var. Ona görə də kartofun maya dəyəri artıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Son xəbərlər
Digər xəbərlər