10 C
Baku
Saturday, December 21, 2024

Rayonlarda otellərin “Yeni il” qiymətləri – 3 gecəyə 8 000 manat

Yeni ili Azərbaycanda keçirmək istəyən vətəndaşlar daha çox otellərə üz tuturlar. Bu il Yeni il şənliyi təşkil olunan otellərin böyük əksəriyyətində yerlər artıq indidən bron edilib.

Banker.az Booking.com-dan bölgələrimizdə bir otaqlı və iki çarpayıdan ibarət olan kurortları və qiymətlərin siyahısını təqdim edir.

“Quba Palace” Hotel – 31.12- 02.01 tarixinə olan Otaq növü və Qiymət cədvəlini sizə təqdim edirik: Dağ Mənzərəli otaq (2 nəfərlik) 1550 AZN, Göl Mənzərəli otaq (2 nəfərlik) 1650 AZN Junior suite (2 nəfərlik) 1750 AZN Honeymoon suite (2 nəfərlik) 1850 AZN-dir. Qiymətlərə 31 dekabr günorta yeməyi və Xüsusi Şam yeməyi, 1 yanvar tarixində səhər yeməyi və şam yeməyi, 2 yanvar tarixində səhər yeməyi daxildir;

quba palace hotel


Lankaran Springs Wellness Resort – Bu oteldə 29, 30 dekabvr və 1 yanvar tarixlərində boş yer yoxdur, 27-28 dekabr tarixinə isə 2 nəfərlik “standart double” otaq səhər yeməyi ilə birlikdə 185 AZN təşkil edir.

Lankaran Springs Wellness Resort


Shahdag Hotel& Spa – Şahdağ Hotel Spa -da 30-31 dekabrda 1 gecəlik 310 AZN, 29-31 dekabrda səhər yeməyi də daxil olmaqla 2 nəfərlik 515 AZN təşkil edir.

shahdag otel spa


Qafqaz Tufandag Mountain Resort Hotel – Qafqaz Tufandağ Oteli Böyük Qafqaz dağlarının qoynunda, Tufandağ Qış-Yay turizm kompleksinin mərkəzində yerləşən oteldir. Oteldə 2 nəfərlik Yeni il qiymətləri belədir: 29-30 dekabr 245 AZN, 31 dekabrdan artıq 5 yanvara qədər yerlər dolub.

qafqaz tufandag


Qafqaz Riverside Otel – Qafqaz dağlarının yamacında Dəmiraparan çayının kənarında 20 hektarlıq möhtəşəm yaşıllıqlar içərisində yerləşir. Qəbələ şəhər mərkəzində yerləşən otel bir tərəfdən Tufandağ Qış-Yay turizm kompleksi, digər tərəfdən isə Qəbələnd əyləncə mərkəzi ilə əhatələnmişdir. Oteldə 31 dekabr-2 yanvar tarixlərində 2 nəfərlik səhər yeməyi də daxil olmaqla1 260 AZN-dir. 31 dekabr-1 yanvar tarixlərində isə boş yer yoxdur.

qafqaz riverside


Qalaaltı Hotel&SPA – Bakıdan 120 kilometr məsafədə,  Şabran rayonunda yerləşən, unikal memari stilitə və istirahət formatına malik olan yeni müalicəvi-bərpa kurort kompleksidir. 2 nəfər üçün 29-30 dekabr tarixində 203 AZN təşkil edir.

qalaalti


Shamakhi Palace Sharadil – “Shamakhi Palace Sharadil” Böyük Qafqaz Dağlarının yamacında, Azərbaycanın düz ürəyində Şamaxı şəhərində yerləşir. Otelin binası 43370 kv.m. və ümumi ərazisi 16 hektardır. 29-30 dekabrda 1 gecə 2 nəfərlik 178 AZN, 30-31 dekabr 214 AZN təşkil edir.

shamaxhi palace


Chenot Palace Health Wellness Hotel – Qəbələdə Nohur gölü ətrafında yerləşir. 29 dekabr-1 yanvar tarixlərində 3 gecə 2 nəfərlik 1 otaq 8 001 manatdır.

chenot palace


Qafqaz Resort Hotel – Otel Böyük Qafqaz sıra dağlarının ətəyində, Dəmiraparan çayının mənsəbində  yerləşir. 29 dekabr-30 yanvar tarixlərində 2 nəfərlik 1 otaq 190 AZN-dir.

qafqaz resort hotel


Pik Palace Shahdag29-30 dekabr tarixlərində oteldə 1 gecəyə səhər yeməyi də daxil olmaqla “deluxe king” otaq 385 AZN təşkil edir. 31 dekabr, 1 yanvarda isə oteldə boş yer yoxdur.

pik palace shahdag bankeraz


Park Chalet Hotel, Shahdag – Bu oteldə 29-30 dekabr 2 nəfərlik deluxe böyük yataqlı otaq səhər yeməyi də daxil olmaqla 280 AZN, 29 dekabr-31 dekabr tarixlərində isə deluxe otaq 580 AZN təşkil edir.

park chalet


Sakit Göl Hotel – Bu otel Şamaxıda yerləşir. 28-29 dekabrda 2 nəfərlik göl mənzərəli səhər yeməyi və vergilər də daxil olmaqla 375 AZN, 28-30 dekabr 750 AZN, 27-30 dekabr 1 125 AZN, 27-29 dekabr isə 750 AZN təşkil edir.

sakit gol otel

Son xəbərlər
Digər xəbərlər