27 C
Baku
Wednesday, April 24, 2024

Rayonların birində sahibkar intihar edib

Cəlilabad rayonunda sahibkar intihar edib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə şəhərin S.Axundov küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini, 1978-ci il təvəllüdlü Rəşad Sulduz oğlu Quliyev yaşayış evlərinin həyətindəki tikilidə özünü asaraq intihar edib. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, onun öldüyü məlum olub.

R.Quliyev rayon ərazisində market sahibi olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər