12 C
Baku
Bazar ertəsi, Dekabr 6, 2021

“Rayonlaşdırma məsələsinə yeni baxış olmalıdır”-ZİYAD SƏMƏDZADƏDƏN ÖNƏMLİ TƏKLİF

Artıq rayonlaşdırma məsələsinə yenidən qayıdılmasına ehtiyac var.

Bu təkliflə millət vəkili, akademik Ziyad Səmədzadə çıxış edib.

Millət vəkili bu təklifi Milli Məclisin (MM) İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı bu gün keçirilən iclasında səsləndirib.

O, qeyd edib ki, rayonlaşdırma məsələsinə yeni baxış ortaya qoyulmalıdır.

Millət vəkili eyni zamanda, ötən dövrdə hökumətin, iqtisadi strukturların fəaliyyətinə toxunaraq bildirib ki, burada əsl koordinaiya özünü nümayiş etdirir.

“Həqətən də ilk dəfədir ki, bu cür koordinasiyalı fəaliyyət mümkünləşib və bu da nəticə etibarı ilə ölkədə həyata keçirilən siyasətin, görülən işlərin səmərəliliyinə öz müsbət təsirini göstərib”-deyə, o, əlavə edib.

“Qalib dövlətin gələn il üçün büdcəsi çox sistemli hazırlanıb”-deyən Z. Səmədzadə çıxışında həmçinin bildirib ki, iqtisadi strukturlar arasında olan koordinasiya heç vaxt indiki qədər yüksək səviyyədə olmayıb:

“Azərbaycanın iqtisadi inkişaf sürəti dünya üzrə iqtisadi inkişaf sürətindən çox olub. 70-ci illərdə Ümummilli Lider Heydər Əliyev bu məsələni qoymuşdu. Artıq ölkəmizdə əməkhaqqı fondu 14 milyard manata yaxınlaşır. Bu bizim beynəlxalq imicimizə kifayət qədər yaxşı təsir edəcək rəqəmdir. Biz çalışmalıyıq ki, qalib dövlətin ilk büdcəsini xalqa təqdim edəndə göstərək ki, borc alan dövlətdən borc verən dövlətə çevrilmişik. Bir çox ölkə müharibədən sonra çətinliklərlə üzləşir. Biz isə bunları görmədik”. 

Son xəbərlər
Oxşar xəbərlər
X