20 C
Baku
Bazar ertəsi, Sentyabr 20, 2021

Razılaşma əldə olundu – Çin daşıma şirkətləri Azərbaycandan keçən marşruta dəstək verəcək

Screen Shot 2021 09 02 at 14.34.20

Çin Xalq Respublikasının nəqliyyat naziri Li Tsiaopenin başçılıq etdiyi nümayəndə heyəti ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında onlayn formatda görüş keçirilib.

Banker.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən  bildirilib ki, Nazirlərin görüşündə Çinin böyük daşıma şirkətlərinin Azərbaycan üzərindən keçən tranzit marşrutuna dəstək verəcəkləri barədə razılıq əldə olunub.

Bununla yanaşı, iki ölkə arasında normativ-hüquqi bazanın təkmilləşdirilməsi barədə razılıq əldə olunub. Çinin nəqliyyat naziri Li Tsiaopen ölkəsinin Azərbaycanda həyata keçirilən infrastrukturun inkişafı, nəqliyyat və logistika layihələrinə dəstək verməyə hazır olduğunu qeyd edib.

 

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər