Forbes jurnalının versiyasına görə İspaniyanın “Real Madrid” futbol komandası dünyanın ən bahalı idman komandası oldu. Forbes ispan klubunu 3,26 milyard dollar olaraq qiymətləndirib.
Reytinqin ikinci pilləsində MFL-nın “Dallas Cowboys” klubu (3 milyard dollar) və “New-York Yankees” beysbol komandası yer alıb.
İspaniyanın Barselona klubu 3,16 milyard dollar göstərici ilə 4-cü, Manchester United isə 3,1 milyard dollar ilə 5-ci pillədə qərarlaşıb. Rusiyalı milyarder Roman Abramoviçə məxsus İngiltərənin Chelsea klubunu isə Forbes 1,37 milyard dollar olaraq qiymətləndirib və komanda reytinqdə 31-ci pillədə yer alıb.