12 C
Baku
Friday, March 29, 2024

Real olmayan insanların animasiyalı təsvirlərini yaradan ilk süni intellekt yaradılıb

Kiot Universitetinin “DataGrid” startapı real insanlardan fərqlənməyən hərəkətli adamların təsvirlərini yaratmağa imkan verən ilk süni intellekt yaradıblar.

Məlumata görə, bir müddət əvvəl mütəxəssislər tərəfindən mövcud olmayan insan sifətlərinin realistik təsvirlərini generasiya edən süni intellekt yaradılsa da, bu dəfə əsas diqqət bütün insan bədənini modelləşdirərək onu animasiya edən alqoritmlərin hazırlanmasına yetirilib. Nəticədə hazırlanan süni intellekt sistemi dünyada ilk dəfə insan obrazları icad edərək hər detalı, o cümlədən geyim və pozanı nəzərə alıb.

Bildirilir ki, saxta modellər generativ mübahisəli şəbəkə kimi tanınan qoşa süni intellekt sistemi tərəfindən yaradılıb. Dərin kompüter təlimi sistemində bir neyroşəbəkə komponenti daim insan təsvirlərini generasiya etdiyi halda digəri saxta şəkilləri real insan təsvirlərindən seçməyə çalışır. Çoxsaylı real model təsvirləri vasitəsilə təlimdən sonra ilk süni intellekt onun həmkarı kompüter təsvirini realdan fərqləndirənədək saxta şəkilləri generasiya və təkmilləşdirməyə başlayır. Sistem yüksək təsvir ölçüsünə malik hazır material ərsəyə gətirir. Mütəxəssislərin fikrincə, neyroşəbəkə müxtəlif sahələrdə tətbiq oluna, o cümlədən geyim reklamı üçün virtual modellər yarada bilər.

 

 

 
©İctnews

Son xəbərlər
Digər xəbərlər