2 C
Baku
Wednesday, February 26, 2025

Real Praktikalar ilə dolu Möhtəşəm Seminar

Young Business Factory 2013-cü il avqust ayının 18-də İstanbulda yaradılmışdır. Əsas fəaliyyət Azərbaycanda və xarici ölkələrdə praktiki profesional təlim, konfrans, online kurs və seminarlar, müxtəlif Biznes proqramlarının keçirilməsini təşkil edir. Young Business Factory şirkəti Azərbaycanda planlama sahəsində olan boşluqları nəzərə alaraq yeni bir möhtəşəm seminar təşkil edir. Həmçinin LEAN nəzəriyyəsi haqqında da işin dünya üzrə mütəxəssisindən öyrənəcəksiniz.

Təlimçi: Seymur İlyasov

Ali təhsilini 2002-2007-ci illərdə Qafqaz Universitetinin “Sənaye Mühəndisliyi” bakalavr, 2008-2010-cu illərdə Qafqaz Universitetinin “Sənaye Mühəndisliyi” ixtisası üzrə magistratura təhsilini universitet birincisi olaraq tamamlamışdır. Davamlı olaraq yerli və beynəlxaq təlimlərdə iştirak etmiş, 2015-ci ildə Amerikanın American Academy of Project Management akademiyası tərəfindən “Certified Planning Engineer” dərəcəsinə və “Honorary Global Advisor” tituluna layiq görülmüşdür. Ümumilikdə isə dörd beynəlxalq dərəcə və iki beynəlxalq titula layiq görülüb ((CPE™,CIPM™,MPM™,LSSWB™) Certified Planning Engineer
Lean, Planning and Supply Chain Trainer).

Təlim mövzuları:

• Məhsul vəya xidmətin ərsəyə gəlməsində dəyər qatan və qatmayan fəaliyyətlər hansılardır?
• Əgər iş ortamında 7S tətbiq olunsa idi müəssisəniz nə qazanardı?
• İstehsaldakı 7 israfın nəticələri hansı şəkildə və hansı mərhələlərdə özünü göstərir?
• Toyota Motor Lean fəlsəfəsini hansı şəkildə istifadə edərək yüksəldi?

QEYD. Seminarda iştirak ödənişsizdir. Seminarda yalnız seçilən şəxslər iştirak edəcəklər. Bunun üçün qeydiyyatdan keçib, suallara dolğun cavablar verməyiniz tələb olunur.

QEYD. Son müraciət tarixi 09.12.2016 saat 16.00

Online Qeydiyyat Linki: http://bit.ly/1wLgcEw

Young Business Factory Ofisi
Adress: Caspian Plaza III, 12th Floor
Tel: (012) 492 36 67
Mob: (055) 373 50 66
Email: [email protected]

Son xəbərlər
Digər xəbərlər