Real sektorun inkişafı üçün xüsusi layihə hazırlanır

Real sektorun inkişafı üçün xüsusi layihə hazırlanır.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında vergilər naziri Mikayıl Cabbarov 2023-cü ilin dövlət büdcəsinin layihəsi ilə bağlı çıxışında bildirib.

Nazir qeyd edib ki, İqtisadiyyat Nazirliyi Azərbaycan Banklar Assosiasiyası ilə birlikdə beynəlxalq məsləhətçi şirkət də cəlb olunmaqla real sektorun, o cümlədən mikro, kiçik və orta sahibkarlığın inkişafı, habelə kapital bazarının inkişafı sahəsində mövcud olan əngəllərin aradan qaldırılması üzrə xüsusi layihə üzərində iş aparır.

 

MənbəApa
Son xəbərlər
Digər xəbərlər