13 C
Baku
Tuesday, October 22, 2024

“Realme” ilk noutbukunu təqdim edib – Qiyməti $1119

“Realme” ilk noutbukunu təqdim edib. Verilən məlumata görə, kompüter 11 nəsil Intel Core i5 prosessoru, Intel Iris Xe Graphics videokartı, 8 GB operativ yaddaş, 512 GB-lıq SSD-disk və 2K ölçülü ekranla təchiz olunub.

Yandırıb-söndürmə düyməsinə həmçinin barmaq izi skaneri də quraşdırılıb – noutbukun kiliddən çıxarılması bir toxunuşla həyata keçirilir. Tutumluluğu 6875 mAh olan akkumulyator sayəsində kompüter bir şarjla 11 saatadək işləyə bilir.

Qeyd edək ki, “RealmeBook” “1 + 5 + T” (1 – smartfonlar, ekosistemlər, 5 – noutbuklar, T – ağıllı ev texnologiyaları) konsepsiyasının bir hissəsi kimi düşünülüb. Cihaz Windows 10 əməliyyat sistemi üzərində işləyir və pulsuz Windows 11 yenilənməsini dəstəkləyir.

Şirkətin nümayəndələrinin verdiyi məlumata görə, Intel Core i5 prosessor, 8 GB operativ yaddaş və 512 GB-lıq versiyanın qiyməti 1119 dollar təşkil edəcək. Satışların başlayacağı tarix hələ açıqlanmayıb.

Son xəbərlər
Digər xəbərlər