21 C
Baku
Friday, April 26, 2024

“Realme” veqan dəri ilə işlənmiş smartfon təqdim edib – Foto

“Realme” şirkəti veqan dəri ilə işlənmiş yeni smartfon təqdim edib – “Realme GT Master Edition”.

Banker.az xəbər verir ki, şirkətdən verilən məlumata görə, modelin texniki göstəriciləri aşağıdakı kimidir:

– Ölçü: 158.2*73.5*8.0/8.7 mm, 1774/180 q

– Displey: 6.43 düym, 20:9, 1080*2400 (~409 ppi), Super Amoled

– Prosessor: 8 nüvəli Qualcomm Snapdragon 778G, Adreno 642L

– Kameralar: 64 MP, f/1.8 +8 MP, f/2.2 +2 MP, f/2.4 (əsas); 32 MP, f/2.5 (qabaq)

– Yaddaş: 6/8 GB operativ, 128/256 GB daxili

– Batareya: 4300 mAh, Android 11 (Realme UI 2.0)

– Bağlantı: USB Type-C, Wi-Fi 802.11ac/ax, Bluetooth 5.2, NFC, GPS, LTE-A, 5G

– Korpusun rəngi: boz, sədəf.

2 3

“Realme GT Master Edition” smartfonunun korpuslarından birini Məşhur yapon dizayneri Naoto Fukasava yaradıb. O, səyahət və yeni emosiya simvolu olan çamadandan ilhamlanıb. Qeyd edək ki, “Realme GT Master Edition” veqan dəri ilə işlənib.

4

Standart dizayn sevənlər üçün bu korpusun mirvari rəngdə hazırlanmış ikinci versiyası var. Verilən məlumata görə, smartfon bazarda təzə görünsə də, artıq “iF Design Award 2021” mükafatını alıb.

4 5

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər