8 C
Baku
Sunday, January 29, 2023

“Realme” yeni ağıllı saat təqdim edib – Qiyməti $50

“Realme” şirkəti yeni ağıllı saat təqdim edib. Bildirilir ki, model “Watch 3” adını alıb və ilk olaraq Hindistan alıcıları üçün əlçatan olub. Aksesuar qara və boz rənglərdə təqdim edilib və $50 dəyərindədir.

Banker.az bu barədə “Kommersant”a istindən xəbər verir.

Yenilik 240×286 ölçülü 1.8 düymlük LCD displey, 340 mAh tutumlu akkumulyator, eləcə də zəng etmək/qəbul etmək funksiyası ilə təchiz edilib. Saat həmçinin su və tozdan qorunma standartına malikdir.

Bu aksesuar istifadəçilərə nəbzi ölçməyə, qanın oksigenə doyma səviyyəsini ölçməyə, stres səviyyəsini yoxlamağa və yuxunun keyfiyyətinə nəzarət etməyə imkan verir.

Son xəbərlər
Digər xəbərlər
X