Planlaşdırıldığı kimi, bu gün “Realme” yeni smartfonunu təqdim edib. Söhbət bu seriyada ən ucuz olan “Realme 9” adlı modeldən gedir.
Banker.az xəbər verir ki, cihaz 16 MP ön və 108 MP arxa kamera, 6.5 düymlük Full HD+ AMOLED-ekran, 6/8 GB operativ və 128 GB daxili yaddaş, 5000 mAh tutumlu batareya və USB Type-C ilə təchiz olunub.
Hindistan bazarında “Realme 9”un qiyməti 236 və 250 dollar (müvafiq olaraq 6/128 GB və 8/128 GB) təşkil edəcək.