Mediada Verizon-un Yahoo-nu satın alacağı barədə məlumatlar yayınlanmışdı.
Qeyd edilirdi ki, Verizon Yahoo-nun əsas hissələri üçün 4,8 milyard dollar ödəyib. Belə ki, Verizon-un Yahoo-nu 4,83 milyard dollar nağd qarşılığında satın alacağı qeyd edilmişdi.
Bu satınalma rəsmi olaraq təsdiq edilib.
Xarici mediaya istinadən məlumat verir ki, Yahoo səhmdarları firmanın Verizon-a olan satış əməliyyatını təsdiqləyib.
Şirkətdən verilən açıqlama il’ Yahoo-nun Verizon-a 4.48 milyard dollar qarşılığında satılması səhmdarların tərəfindən da təsdiqlənmiş oldu.
Məlumata görə tam anlaşma razılığı 13 iyun olaraq təyin olunub. Yahoo-nun yeni adı isə bundan sonra Altaba Inc. olacaq. Bu açıqlama ilə birlikdə Yahoo-nun New York birjasında hissələri günlük 10.2 faiz olarkən, Verizon isə hissə başına 0.7 faiz gerilədi.
Müqavilə ilə birlikdə mütəxəssislər, Yahoo-nun 1 milyarddan çox istifadəçisinin Verizon-a keçəcəyini vurğulayır. Onlar şirkətin internet xidmətləri bazarında payının ciddi şəkildə artacağını qeyd edir.