“Performance Center Co” MMC-nin Baş ofis üçün Reception vəzifəsinə işçi axtarışı elan edir.
İş haqqında məlumat:
- Telefon Zənglərinin cavablandırılması və lazımı şəxslərə yönləndirilməsi
- Müştərilərin qəbul edilməsi və xidmətlər haqqında məlumat verilməsi
- Sənədlərin qeydiyyatdan keçirilməsi və dövriyyəsinə nəzarət
- Sorğuların aparılması
- Həftədə 6 iş günü, saat 09:00-19:00, istirahət həftənin 1 günü
- Əmək haqqı: 300-400 AZN
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- Yaş həddi: 21-28
- Azərbaycan və rus dillərində səlis danışıq;
- Göstərilən sahədə minimum 1 il iş təcrübə;
- Ofis proqramları və avadanlıqları ilə işləmək bacarağı;
- Səliqəli xarici görünüş, nəzakətli danışıq, ünsiyyətcil, yüksək nitq qabiliyyəti.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 13 iyun 2017-ci il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərsiniz.
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!