“Bloomberg” mənbələrə istinadən yazır ki, “Reddit” sosial şəbəkəsi IPO keçirmək üçün potensial investorlarla danışıqlar aparır. Agentliyin məlumatına görə, şirkət 2024-cü ilin birinci rübündə səhmlərinin birjaya çıxarılması imkanını nəzərdən keçirir.
2024-cü ildə IPO-nu nəzərdən keçirən daha bir şirkət “Rubrik”dir. Onun investorlarından biri “Microsoft”dur: 2021-ci ildə startap maliyyələşdirmə turundan sonra 4 milyard dollar dəyərində qiymətləndirilmişdi.
Bildirilir ki, “Reddit” və Rubrik”in planları dəyişə bilər və onların ictimaiyyətə açıqlanacağına heç bir zəmanət yoxdur. Hər üç şirkətin nümayəndələri şərh verməkdən imtina ediblər.