26 C
Baku
Thursday, May 30, 2024

“Reddit” mart ayında IPO keçirəcək

“Reddit” forumunun sahibi mart ayında IPO keçirəcəyini açıqlayıb, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir. Qeyd edək ki, bu, “Pinterest”in 2019-cu ildə birjaya çıxmasından sonra böyük sosial şəbəkənin qiymətli kağızlarının ilk kütləvi təklifi olacaq.

“Reddit” ilk dəfə 2020-ci ildə IPO keçirmək niyyətini açıqlayıb. 2021-ci ilin sonunda şirkət ABŞ-ın Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) IPO keçirməyə hazır olması barədə məxfi ərizə verib və o vaxtdan bəri “Reddit”dən gözlənilən listinq ilə bağlı heç bir məlumat olmayıb.

İndi “Reuters” mənbələrinin məlumatına görə, şirkət rəhbərliyi səhmlərin birjada yerləşdirilməsi planının təfərrüatlarını nəhayət qərara alıb. Fevralın sonunda SEC-ə IPO keçirmək niyyəti barədə açıq bəyanat təqdim edilməlidir. “Reddit” martın əvvəlində roud-şouya başlamaq, ayın sonuna qədər isə birjaya giriş prosedurunu başa çatdırmaq istəyir.

“Reddit” 2021-ci ilin sonunda maliyyələşdirmənin son raundunun nəticələrinə əsasən 10 milyard dollar dəyərində qiymətləndirilib. Agentlik mənbələrinə görə, IPO çərçivəsində şirkət səhmlərin 10%-ni satmaq istəyir. Şirkət özü “Reuters”in məlumatını şərh etməkdən imtina edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər