16 C
Baku
Şənbə, Oktyabr 23, 2021

“Reddit” səsli söhbət otaqlarını işə salacaq

“Reddit” platforması yeni “Reddit Talk” funksiyasını təqdim edib. Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Bu funksiya istifadəçilərə platforma çərçivəsində istifadəçilərə səsli ünsiyyət qurmağa imkan verir. Hələki “Reddit Talk” mövcud deyil, lakin moderatorlar gözləmə siyahısına daxil edilə bilər.

Testlər zamanı funksiya yalnız moderatorlar üçün əlçatan olacaq – onlar söhbət otaqlarını yarada, digər moderatorları söhbətə dəvət edə, səsi söndürə və istifadəçiləri bloklaya biləcəklər.

Digər istifadəçilər dinləyici olaraq söhbətdə iştirak edə, emoji vasitəsilə cavab verə və dialoqa qoşulmaq üçün “əlini qaldıra” biləcəklər.

Qeyd edək ki, “Clubhouse” sosial şəbəkəsinin uğuru digər şirkətləri səsli ünsiyyət funksiyasını yaratmağa sövq edib. Onlar arasında “Facebook”, “Telegram”, “Slack” və “LinkedIn” var.

Son xəbərlər
Oxşar xəbərlər