9 C
Baku
Friday, December 13, 2024

“Reddit” xidməti “TikTok”un rəqibini alıb

“Reddit” xidməti “Dubsmash” video-platformasını alıb.

Banker.az bu barədə “VC.ru”ya  istinadən xəbər verir.

Müqavilənin təfərrüatları açıqlanmasa da, şirkətin veb-saytında yerləşdirilən məlumata görə, xidmət öz platformasını və markasını qoruyub saxlayacaq.

Qeyd edildiyi kimi, “Dubsmash” icmaları “gənc yaradıcılar tərəfindən idarə olunur” – ABŞ-da qaradərili gənclərin təxminən 25%-i bu tətbiqdən istifadə edir. “İstifadəçilərin təxminən 30%-i gündəlik olaraq kontent yaradır ki, bu da auditoriyanın maraqlı olduğunu göstərir”, – deyə “Reddit” əlavə edib.

Sosial şəbəkə “Dubsmash”ın video yaratmaq alətlərinin inteqrasiyasının “Reddit” istifadəçilərinə “özlərini orijinal yolla ifadə etməyə” imkan verəcəyinə inanır.

indir 2

Xatırladaq ki, “Dubsmash” 2014-cü ildə yaradılıb və indiyədək 20,2 milyon dollar investisiya cəlb edib. 2020-ci ilin yanvar ayında xidmətdə bir milyard baxış sayı olub.

2020-ci ilin avqustunda “The Information” nəşri “Facebook” və “Snap”ın “Dubsmash”ı almaq üçün danışıqlar apardıqlarını yazmışdır.

Son xəbərlər
Digər xəbərlər