1. Həyat ədalətsizdir, lakin yenə də yaşamağa dəyər.
2. Şübhə edirsənsə, irəliyə bir addım daha at.
3. Həyat o qədər qısadır ki, onu nifrətə sərf etməklə keçirmə.
4. Sən xəstələnəndə qeydinə qalan iş olmur. Bunu sənin dostların və valideynlərin edir. Bu münasibətləri qoru.
5. Hər ay kreditlər üzrə borcunu ödə.
6. Hər mübahisədə qalib gəlmək məcburiyyətində deyilsən. Istəyirsən qəbul et, istəmirsən etmə.
7. Təklikdə ağlamaqdansa, kim ilə isə bir yerdə ağla. Bu, daha çox kömək edir.
8. Tanrıya qəzəblənmək olar. O, hər şeyi başa düşəcək.
9. Qazandığın ilk maaşdan təqaüd üçün pul yığ.
10. Məsələ şokolada çatanda müqavimət göstərmək mənasızdı.
11. Bu günü korlamamaq üçün öz keçmişinlə barış.
12. Öz uşaqlarınızın yanında ağlaya bilərsən.
13. Öz həyatını heç kiminki ilə müqayisə etmə. Sən onların nə keçirdiklərini heç təsəvvür belə etmirsən.
14. Əgər münasibət gizli xarakter daşımalıdırsa, onda sən orda iştirak etməsən yaxşıdır.
15. Bir göz qırpımında hər şey dəyişə bilər. Amma narahat olma: Tanrı heç vaxt göz vurub keçməz.
16. Dərindən nəfəs al. Bu, fikirlərə aydınlıq gətirməyə imkan verir.
17. Faydalı, gözəl və maraqlı olmayan hər şeydən azad ol.
18. Səni öldürməyən şey səni daha güclü edir.
19. Xoşbəxt uşaqlığa sahib olmaq heç vaxt gec deyil. Lakin ikinci uşaqlıq yalnız səndən asılıdır.
20. Həyatda həqiqətən sevdiyin işlə məşğul olma vaxtı yetişəndə heç vaxt “yox” demə.
21. İndi qeyri-adi ol. Rəngarəng geyinmək üçün qocalığı gözləmə.
22. Səndən başqa heç kəs sənin xoşbəxtliyin üçün məsuliyyət daşımır.
23. İstənilən qəza halında özünə sual ver: bu beş ildən sonra mənə lazım olacaq?
24. Həmişə həyatı seç.
25. Hər şeyi və hamını bağışla.
26. Başqalarının sənin haqqında nə fikirləşdiyi səni narahat etməməlidir.
27. Zaman demək olar ki, hər şeyin dərmanıdır. Zamana müəyyən vaxt ver.
28. Vəziyyətin pis və yaxşı olmasından asılı olmayaraq, o dəyişəcək.
29. Özünü ciddiyə alma. Heç kim bunu etmir.
30. Möcüzələrə inan.
31. Həyatı öyrənməyə dəyməz. Sən varsan və bu müddət ərzində çatdırdığın qədər iş görürsən.
32. Qocalmaq cavan ölməkdən daha sərfəli alternativdir.
33. Sənin uşaqlarının yalnız bir gələcəyi var.
34. Sevgi duyduğun hər bir şey nəticə etibarilə müəyyən məna daşıyır.
35. Hər gün gəzməyə çıx. Möcüzələr hər yerdə baş verir.
36. Əgər sən bütün problemlərini bir yerə yığıb başqalarınınkı ilə müqayisə etsən, yenə də öz problemlərinə üstünlük verəcəksən.
37. Paxıllıq – hədər yerə vaxt sərfidir. İndi səndə sənə lazım olan hər şey var.
38. Hələ yaxşı şeylər qabaqdadır.
39. Özünü necə hiss etməyin vacib deyil, ayağa qalx, geyin və insanların içinə çıx.
40. Güzəştə get.
41. Həyat lentlə bağlanmasa da, o da bir hədiyyədir.