“Regional” Bank Olmayan Kredit Təşkilatı MMC ümumi həcmi 1 mln. manat olan istiqraz buraxmaq niyyətindədir.
Banker.az bunu BOKT-nin emissiya prospektinə istinadən xəbər verir.
Belə ki, istiqrazların hər biri 100 manat olmaqla 100 000 ədəd buraxılaması nəzərdə tutulur.
BOKT 3 illik manatdakı bu istiqrazları illik 16% gəlirliliklə təklif edir.
Qeyd edək ki, “Regional” BOKT cari ilin ilk 9 ayında 216 min manat xalis mənfəət əldə edib. Öncəki ili tam olaraq 1 mln. 918 min manat xalis mənfəətlə bitirmişdi. 1 oktyabr tarixinə 4 milyon 885 min manat kredit portfeli var.








