Yaranma səbəbləri və məqsədləri. 60-cı illərdə Asiya, Afrika və Latın Amerikasında regional bankların yaradılması bir sıra səbəblərlə bağlı idi.
Daxili səbəblər: 1) müstəmləkə sisteminin dağılması, siyasi müstəqilliyin əldə edilməsi, dünyəvi inkişafda inkişaf etmiş ölkələrin rolunun artması və yeni iqtisadi düzən üçün onların mübarizəsi; 2) çox vaxt nəzərə alınmayan regional məsələləri həll etmək vacibliyi; 3) regional əməkdaşlığın inkişafı və inkişaf etmiş ölkələrin iqtisadi problemləri birgə həll etmək məqsədilə iqtisadi inteqrasiyası.
Xarici faktorlar: 1) inkişaf etmiş ölkələrə xarici özəl investisiyanın əsas axınlarını təşkil etmək; 2) inkişaf etmiş ölkələrin “regionalizm” siyasəti.
Regional İnkişaf bankları
Adı və yaranma yeri |
Yaranma ili |
İştirakçılar |
|||
Regionun inkişafda olan ölkələri |
İnkişaf etmiş ölkələr |
||||
sayı |
üzvlərin sayı %-lə |
sayı |
üzvlərin sayı %-lə |
||
Mərkəzi Amerika İnkişaf bankı, Vaşinqton |
1959 |
27 |
62,8 |
16 |
37,2 |
Afrika İnkişaf bankı, Abican |
1963 |
50 |
66,7 |
25 |
33,3 |
Asiya İnkişaf bankı, Manila |
1965 |
31 |
68,9 |
1,4 |
31,1 |
Fərqli və ortaq cəhətləri. Bu banklar arasındakı fərq üç qitənin – Latın Amerikası, Asiya və Afrika ölkələrinin arasındakı iqtisadi səviyyə və mədəni inkişafla bağlıdır. Bununla yanaşı, regional inkişaf bankları ortaq cəhətlərə də sahibdirlər.
Birincisi, onlar hamısı eyni məqsədə xidmət edirlər. Onlar regionun inkişaf layihələrini uzunmüddətli kreditlər ilə təmin etmək, regional əməkdaşlığa mühüm böyük diqqət ayırmaq və regional birlikləri kreditləşdirmək, bölgədə inkişaf üçün xüsusi strategiya hazırlamaq üçün nəzərdə tutulmuşlar.
İkincisi isə, inkişaf banklarının demək olar ki, 1/3 hissəsi inkişaf etmiş ölkələrdir. Bankların kapitallarının böyük bir hissəsi onlara məxsus olduğundan onlar bankların fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərirlər. Mərkəzi Amerika İnkişaf bankının istənilən qərarı ABŞ tərəfindən rədd edilə bilər.
Üçüncüsü isə, regional inkişaf banklarının passivləri formalaşdırmaq, xüsusi fondlara resursların səfərbər olunması, kredit siyasəti eyni qayda üzrə həyata keçirilir.