9 C
Baku
Sunday, November 17, 2024

Regional Kredit Meneceri (Bakı) – “KredAqro” BOKT MMC

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Baş Ofis üçün  “Regional Kredit Meneceri (Bakı)” vəzifəsinə işçi axtarışı elan edir.
Əsas vəzifə və öhdəliklər:
  • Filiallarda kredit işçilərinin fəaliyyətinə, həmçinin onların nəzərdə tutulan və ya verilmiş kreditlərinə nəzarət etmək;
  • Filiallar üzrə aparılan kreditvermə prosesi zamanı hədəflərə nail olmaq üçün  Baş Ofisdən lazımi və zamanında dəstək göstərilməsini təmin etmək;
  • Filiallar tərəfindən təqdim olunmuş  hesabatları təhlil etmək və yekunlaşdırmaq;
  • Hesabatların təhlili nəticələrini rəy və təkliflərlə birlikdə rəhbərliyə çatdırmaq, hesabatlardan  irəli gələn müvafiq  tədbirlərin yerinə yetirilməsini təmin etmək;
  • Filial Kredit Komitələrinin işini təşkil etmək və onların fəaliyyətinə  nəzarət etmək;
  • Mərkəzi Kredit Komitəsində iştirak etmək;
  • Filialların müstəqil sənəd işləmə  limitindən artıq olan kreditlər üçün yerdə baxış və təhlil   prosesini həyata keçirmək;
  • Öz səlahiyyətləri daxilində  kreditvermə prosesinin təkmilləşdirilməsi üçün təkliflər vermək;
  • Filiallarda kreditvermə prosesində iştirak edən işçilərə zəruri təlimlər keçmək;
Tələb olunan keyfiyyətlər:
  • Ali təhsil;
  • Bank sektorunda azı 3 (üç) il iş təcrübəsi, həmçinin idarəetmə təcrübəsi;
  • Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;
  • Analitik mühakimə etmək qabiliyyəti;
  • İdarəetmə və liderlik qabiliyyəti;
  • Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində (Regional Kredit Meneceri) qeyd etməklə göndərmələri xahiş olunur.
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.
Son xəbərlər
Digər xəbərlər