27 C
Baku
Saturday, June 29, 2024

Regional Kredit supervayzeri (Rabitabank)

İŞÇININ VƏZIFƏSI:

  • Kurasiyasında olan bölgələrdə maliyyə bazarının araşdırılması, məhsulların və satış prosesinin təkmilləşdirilməsi üçün təkliflərin verilməsi
  • Kurasiyasında olan filiallar tərəfindən kreditləşdirilən iri layihələrin təhlilində birbaşa iştirak edilməsi
  • Kurasiyasında olan filialların Biznes kreditləri üzrə müəyyən edilmiş büdcə hədəflərinə çatması üçün lazım olan dəstək və məsləhətlərin verilməsi
  • Kurasiyasında olan filialların biznes kredit portfelinin keyfiyyətinə daimi nəzarət edilməsi
  • Müştərinin ödəniş qabiliyyətinin təhlil edilməsi (müəyyən hallarda)
  • Ehtiyac olduqda, müştərilərlə şəxsən görüşməsi və onların fəaliyyət göstərdiyi yerlərə səfərlər edilməsi
  • Kurasiyasında olan filialların kredit mütəxəssislərinə kredit işinin nəzəri və praktiki biliklərin aşılanması məqsədilə müvafiq təlim proqramlarının təşkili və həyata keçirilməsi
  • Keçirilən təlimlərin işçilərin gündəlik işi ilə əlaqələndirilməsinə nəzarət etmək;
  • Filiallar tərəfindən təqdim olunmuş hesabatların təhlili və həmin hesabatların nəticəsinə əsasən müvafiq planların hazırlanması
  • Filialların kredit komitələrində iştirak edilməsi

Namizədə olan tələblər:

  • Ali təhsilin olması (Maliyyə və iqtisadi sahələrə üstünlük verilir)
  • Ən azı 5 il Mikro kreditləri sahəsində iş təcrübəsinin olması (beynəlxalq mikro-maliyyə institutlarında iş təcrübəsi olanlara üstünlük verilir
  • İdarəetmə sahəsində ən azı 2 il iş təcrübəsinin olması
  • Liderlik keyfiyyətlərinə malik olması
  • Yüksək təhlil etmə bacarıqlarına malik olması
  • Yüksək ünsiyyət və təqdimetmə bacarıqlarına malik olması
  • Təlim keçmə sahəsində təcrübəsinin olması
  • Fərdi və komanda şəklində işləmək bacarığının olması
  • Dil biliyi : Azərbaycan və Rus dillərini bilməsi,
  • MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığına malik olması;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olması
  • Mütamadi olaraq müxtəlif regionlara səfər etmək imkanın olması

İş şəraiti və inkişaf imkanları:

· Yüksək əmək haqqı (iş təcrübəsindən asılı olaraq) və bonus almaq imkanı
· Bilik və bacarıqları artırmaq üçün yerli və xarici ekspertlərin təlimlərində iştirak imkanları
· Şəxsi göstəricilərə əsasən karyera artım imkanları və s.

Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini [email protected] e-mail ünvanına göndərə bilərlər.

Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifə mütləq qeyd olunmalıdır. Uyğun görülən namizədlərdən əvvəlki iş yerlərinidən tövsiyyə məktubları (xasiyyətnamə) tələb oluna bilər.

Əlaqə vasitələri:

E – mail : [email protected]

Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Son xəbərlər
Digər xəbərlər